40

Şəhriyar Hacıyev: Atasının yaralandığı yerdə şəhid oldu

Şəhidlər / II qarabağ


Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də baş kəşfiyyatçı Şəhriyar Hacıyevdir.

Şəhriyar Hacıyev 2 avqust 1999-cu il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olub.2005-2016-cı illərdə Abşeron rayonu,Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alıb.2018-ci ildə həqiqi hərbi xidməti başa vurub.

O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

10 oktyabr 2020-ci il tarixdə Vətən müharibəsi döyüşlərində qəhrəmancasına Şəhid olub. Şəhriyar Hacıyevin atası Şahlar Hacıyev I Qarabağ müharibəsində iştirak edib,yaralanıb.Şəhriyar atasının yaralandığı yerdə, Ballıqayada şəhidlik zirvəsinə yüksəlib. Novoivanovka kənd qəbirstanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şəhriyar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Qeyd edək ki, hərbçi ailəsində böyümüş Şəhriyar, gizir Şahlar Hacıyevın oğludur.

Oxşar xəbərlər:

Back to Top