115

Əsgərov Xəqani Səfa oğlu

Şəhidlər / II qarabağ



44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Xaqani Əsgərovdur.
Xaqani Səfa oğlu Əsgərov 1995-ci il,avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub.
Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xaqani Əsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.

Oxşar xəbərlər:

Back to Top