Məmmədov Tərlan Müşfiq oğlu
Şəhidlər / II qarabağ 04 okt 2022, 15:06Məmmədov Tərlan Müşviq oğlu 31.08.1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 19 saylı məktəbdə 9 il təhsil alıb.
2013-cü ildən isə Abşeron şəhərinin Ceyranbatan qəsəbəsində 147 saylı peşə məktəbində avtoçilingər üzrə oxuyub. 2015-ci ilin iyun ayında məzun adını qazanıb.
2015 (iyul) - 2017 (yanvar) illər aralığında əvvəlcə Gəncədə sonra isə Gədəbəydə xidmətdə olub. Xidmətdə olan vəzifəsi: tank əleyhinə batareya.
2020-ci il sentyabrın 21-i könüllü olaraq II-ci Vətən Müharibəsinə görə yenidən xidmətə yollanıb. Sentyabrın 27-si artıq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Səngərdə boynundan qəlpə yaraları alaraq oktyabrın 8-si saat 1-2 radələrində qəhramancasına Şəhid olub.
"Azərbaycan əsgəri hələ öz sözünü deyəcək". 5 il bundan öncə belə ifadə etmişdi Vətənə sevgisini.
İllər sonra öz arzusuna çatdı. Şəhadətə , şəhidlik zirvəsinə yüksəldi. Tərlan Məmmədov hərbi xidmətdə olarkən hər kəsin sevgisini qazanıb. Müharibə başlayanda isə ön cəbhəyə hamıdan qabaq birinci özü gedib.
Birinci qarabağ müharibəsinin iştirakçısı olan Atası Müşviq Məmmədov deyir ki, oğlu könüllü olaraq cəbhəyə gedib. Füzuli rayonunun alınmasına fəal iştirak edib. Tərlan ,elə həmin rayonda şəhid olub..
Anası onu hələ də yuxularında görür. Evin tək oğlu olmasına baxmayaraq övladı ilə qürur hissi keçirir..
Bikəxanım Məmmədova da qardaşı ilə fəxr edir. Deyir ki, tək təsəlli yerimiz torpaqlarımızın azad edilməsi və qardaşımın qisasının alınması olub...
24 yaşlı şəhid Tərlan Məmmədov Abşeron rayon Saray qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub. Yaşadığı Hacı Zeynalabdin qəsəbəsində adına bulaq tikilib. Barelyefi vurulub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Məmmədov ölümündən sonra " Füzulinin azad olunmasına görə" medalı il ə təltif edildi.