40

Səlifov Murad Nəbi oğlu

Şəhidlər / II qarabağ


Murad Nəbi oğlu Səlifov 1989-cu il yanvarın 21-də Göytəpə şəhərində anadan olub.
Azərbaycan Ordusunun baş çavuşu olan Murad Səlifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Səlifov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi. 2 övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Səlifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Səlifov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Oxşar xəbərlər:

Back to Top