
Babək Allahverdiyev Bəxtiyar oğlu
Şəhidlər / II qarabağ 09 may 2022, 10:56Babək Allahverdiyev Bəxtiyar oğlu 30 may 1979-cu il Naxçıvan şəhərində anadan olub. Nərimanov rayon 93 N-li məktəbdə 8-ci sinifə qədər oxduqdan sonra Cəmşid Naxçivanskki adına adına hərbi məktəbi daha sonra Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbini müvəffiqiyyətlə baça vurub. Daim kiqboksinq və karate kimi idman növləri ilə məşğul olan uşaqlıqdan "hərbçi olacam” deyən Babək Allahverdiyev, uşaqlıq arzusuna da çatıb, xidmət andına da. Müharibə başlayan gündən Şuşanı azad edib qayıdacağam deyərək, yola düşüb. Kəşfiyyat bölük komandiri kimi Şuşaya ilk yol açanlardan biri olub.
Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşa döyüşlərində qəhrəmancasına şəhid olan Babək Allahverdiyev tarixi sevərək böyüdü, elə tarix yazaraq da şəhid oldu.
O zəngində həyat yoldaşına deyib ki, Şuşanı azad edib noyabrın 10-u doğum günü olan övladının yaşına mütləq qayıdacaq.
Ancaq Şuşanı işğaldan azad etsə də, övladının doğum gününə çata bilmədi.
O övladları Bəxtiyar və Çingizin də böyüyəndə özü kimi hərbçi olmasını istəyib. Həyat yoldaşının indi tək məqsədi şəhidin bu arzusunu yerinə yetirməkdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.