36

Fariz Həsənov: Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanımız

Şəhidlər / II qarabağ


Fariz Şahin oğlu Həsənov 12 fevral 1987-ci ildə Qazaxın Dağ Kəsəmən kəndində doğulub.

Doğma kəndində orta təhsilini başa vurduqdan sonra vətənə olan borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Əsgər F.Həsənov hərbi biletinə şərəf və ləyaqətli xidməti ilə sahib çıxıb. Lakin bir müddət sonra Farizin vətəninə və elinə olan sonsuz sevdası onu 2008-ci ildə yenidən MAXE kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşur. O, hərbiyə müvafiq kursu uğurla keçərək çavuş kimi qayıdır.


Fariz Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, Füzuli rayonu ərazisində çiynində tank əleyhinə idarə olunan raket ilə düşmənin çoxlu sayda hərbi texnikasını, 50-dən artıq hərbçisini və 2 hərbi vəzifəlisini məhv edib. Çavuş Fariz Həsənov 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimiz doğma Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Fariz Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Fariz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəli idi. Bir oğlan və 2 qız övladı var.

Oxşar xəbərlər:

Back to Top