Zəfər Günü Abşeronda silsilə tədbirlərlə qeyd olundu
Tədbirlər 08 noy 2022, 12:10Abşeronda 8 Noyabr - Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş silsilə tədbirlər rayon ərazsində yerləşən icra nümayəndəlikləri, bələdiyyələr, orta və ali təhsil, səhiyyə və mədəniyyət müəssisələri, eləcə də Gənclər və İdman İdarəsinin tabeliyində olan idman klublarında da qeyd edilib.
“Zəfər kuboku” adlı rayon birinciliyi keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Abşeronda Zəfər Gününə həsr olunmuş “Zəfər kuboku” adlı idmanın müxtəlif növlərində uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi təşkil edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan yarışların açılış mərasimlərində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mükafatlandırılma mərasimlərində çıxış edənlər idmançıları Zəfər Günü münasibətilə təbrik edib, yarışın keçirilməsində əsas məqsədin rayonda idman növlərinə olan marağın artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin Zəfər Gününün rayonda təntənəli şəkildə qeyd olunmasından ibarət olduğunu bildiriblər.
5 idman növü, cüdo, dama, şahmat, uşu-sanda və karate üzrə keçirilən rayon birinciliyində 800-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.
Qaliblər Abşeron rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Bakı Mühəndislik Universitetində və Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib.
Abşeron RİH-nin səlahiyyətli şəxslərinində qatıldıqları tədbirlərdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şanlı qələbənin əldə olunmasını əks etdirən videoçarxlar nümayiş olunub.
Hər iki tədbirdə çıxış edən qazilər, şəhid ailələri və digər rəsmi şəxslər ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis olunmuş Zəfər Gününün böyük qürurla qeyd edildiyini diqqətə çatdırıb, şəhidlərin hər zaman ehtiramla anıldığını, şəhid ailə üzvləri və qazilərin qayğılarının dövlətimiz tərəfindən daim diqqətdə saxlanıdlğını bildiriblər.
Çıxışlardan sonra vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Şagirdlər arasında “Vətəni tanı” xəritə “puzzle” yarışması keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin və Gəclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında “Zəfər Günü”nə hərs olunmuş “Vətəni tanı” xəritə “puzzle” yarışması keçirilib. Xırdalan Şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun əməkdaşları, qazi və Vətən Müharibəsi iştirakçıları iştirak edib.
Gəclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyininin drektoru Nigar Abdullazadə və digər çıxış edənlər bildiriblər ki, yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında milli vətənpərvərlik təbliğatı aparmaq, vətənə, xalqa bağlılığını artırmaq və ölkəmizin daha dərindən öyrənilməsidir.
Yarişmada 14 yaşdan yuxarı olmaqla 5 nəfərlik tərkib ilə Xırdalan şəhərində fəaliyyət göstərən 10 tam orta məktəbin komandaları iştirak edib. Xırdalan şəhər 6 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb. İkinci yeri isə Xırdalan şəhər 10 saylı məktəbin təmsilçiləri tutub.
Qaliblərə sertifikatlar və hədiyyələr təqdim olunub.
Abşeron rayonun orta məktəblərində, eləcədə məktəbəqədər təhsil müəssisələrində və Uşaq Gənclər İnkişaf Mərkəzində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Məktəblilərin “Tariximizi öyrənək” adı altında Tarix-diyarşünaslıq müzeyinə, Bakı şəhərində yerləşən Hərbi Qənimətlər parkı və Şəhidlər xiyabanına ekskursiyaları təşkil edilib, “Qarabağ sən azadsan”, “Qarabağ Azərbaycandır!” mövzülarında flaşmoblar, təhsil müəssisələrində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə konfranslar, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar , ədəbi-bədii kompozisiyalar keçirilib .
Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğurunda qurban vermiş şəhidlərimizin müqqədəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması, xalq-ordu birliyi barədə geniş məlumat verilib, məktəblilərin ifasında Böyük Zəfərə həsr olunmuş şeir kompozisiyalar dinlənilib. Təhsil müəssisələrində, həmçinin Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.
44 Günlük Vətən müharibəsində şanlı Qələbəmizin ikinci ildönümü münasibətilə rayonun kənd və qəsəbələrində fəaliyyət göstərən mədəniyyət müəssisələrində də tədbirlər təşkil edilib.
Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin, mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirlərin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin Zəfər Gününə həsr olunan konsert proqramı, eləcədə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda rəsm və “Qurama” əl işlərinin sərgisi keçirilib.
Konsert proqramında məktəbin müəllim və şagirdlərinin ifasında klassik musiqilər, bəstəkar və xalq mahnıları, muğamlar səsləndirilib. Çıxışlar dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil edilən sərgidə müxtəlif materiallardan - dəmirdən, taxtadan, şüşədən müxtəlif əşyalar, o cümlədən rəsm və qurama sənət nümunələri sərgilənib. Aksiya turistlər tərəfindən maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, silsilə tədbirlər çərcivəsində rayon ərazisində fəaliyyyət göstərən idarə və müəssisələr tərəfindən Zəfər Gününə həsr olunmuş ağac əkmə aksiyalarıda keçirilidi.
8 Noyabr - Zəfər Günü münasibətilə oktyabrın 7-dən etibarən başlayan və Azərbaycanın bütün rayonlarını əhatə edən Zəfər Forumunun Bakıda bağlanış mərasimi keçirilib.
Toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək, forum iştirakçıları adından ölkə Prezidentinə xalqa Zəfər sevincini yaşatdığına görə təşəkkür ediblər.
Qeyd edək ki, forumun bağlanış mərasimində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov, rayonun şəhid ailələri, qaziləri , eləcədə QHT sədirləri və RİH yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.