Abşeron rayonunda şəhid ailələri ziyarət edildi
Tədbirlər 05 fev 2022, 12:39Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və qələbəmizlə nəticələnən 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş Nəcəfov Şamil Rəfi oğlunun 25-ci doğum günü qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhidin ailə üzvləri və qəsəbə ictimaiyyəti ilə birgə şəhidimizin rayonun Saray qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilmiş, Xiyabanda dəfn olunan digər şəhid olmuş igid Vətən oğullarıının da unudulmaz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Şəhidimizin döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılaraq bildirilmişdir ki, Şamil Nəcəfov 1997-ci il yanvarın 4-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, vətənpərvər və milli təəssübkeş ruhunda tərbiyə olunmuş, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı silaha sarılaraq vətənin keşiyinə qalxmışdır. Kəlbəcər istiqamətində gedən döyüşlərə qatılan igidimizin verdiyi dəqiq koordinatlarla düşmən mövqelərini və canlı qüvvələrini darmadağın edilmişdir. Şamil Nəcəfov oktyab ayının 1-də Murov istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlarla şəhidimizin xidmətləri yüksək qiymətləndirmiş, ölümündən sonra “Vətən uğrunda” medalı və “Hərbi xidmətdə qazandığı uğurlara görə” medallarına laiq görülmüşdür.
Daha sonra şəhidin əvvəllər yaşadığı evə gedən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyi bildirilərək qeyd olunmuşdur ki, bundan sonra da Abşeron rayonunda bu qəbildən olan insanlara daima diqqət yetiriləcəkdir.
Şəhidin ailəsi də hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev daha sonra şəhid əsgər Kərimov İsmayıl Abbas oğlunun əvvəllər yaşadığı və rayonun Masazır kəndində yerləşən evənə gələrək onun oğlu Əli Kərimovun doğum günündə şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. Abdin Fərzəliyev ailəyə bundan sonra da diqqət və qayğının daimi olaraq göstəriləcəyini qeyd etmişdir.
Şəhidin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, şəhid Kərimov İsmayıl Abbas oğlu cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.