25

ELÇİN GULBABA OĞLU SULEYMANOV

Şəhidlər / I qarabağ


1974-1993
(Çaylı kəndi)[b][/b]

Elçin Gulbaba oqlu Suleymanov 1974-cü il iyul ayının 18-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdu. Ailədə beş övladın (dörd qardaş, bir bacı) böyüyü idi.

1980-ci ildə Maştağa qəsəbəsindəki N. Nərimanov adına orta məktəbin birinci sinfinə gedən Elçin üç il
orada oxuduqdan sonra təhsilini Qobustan sovxozuna məxsus orta məktəbdə davam etdirmişdir. Elçin məktəbdə əlaçı və nümunəvi şagird olmuşdur. O, mərd və düzgünlüyü sevən idi, idmana böyük həvəsi vardı.

1991-ci ildə orta məktəbi bitirdikdən sonra Biləcəri qəsəbəsində Texniki peşə məktəbində oxuyub sürücülük ixtisasına yiyələnir.
1992-ci il dekabr ayının 9-da onu hərbi xidmətə çağırırlar.
Evdə onun orduya getməsindən narahat olduqlarını görən Elçin “mən getməyim, sən getmə, o getməsin, bəs kim getsin?" - deyə öz fikrini qəti bildirir.
Elçin milli ordu sıralarında Laçın bölgəsində bir sıra hərbi əməliyyatlarda iştirak edir, erməni
silahlı birləşmələrinə qarşı döyüşlərdə qəhrəmanlıqla vuruşur.

Sonuncu döyüşü də Laçın istiqamətində olur.

Elçin 1993-cü il aprel ayının 4-də Laçın uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olur. Cənazəsi ata yurduna - Şamaxı rayonunun Ərəbşalbaş kəndinə gətirilərək, burada el qəbiristanlığında dəfn edilir.

Elçin hərbi xidmətə gedərkən qohum qızına nişanlı idi. Düşmən gülləsi onun bu arzularını da yarımçıq qoydu.

Oxşar xəbərlər:

Back to Top