113

HƏZİ NİZAMİ OĞLU CAVADOV

Şəhidlər / I qarabağ


1974-1992
(Aşaqı Guzdək kəndi)

Həzi Nizami OFlu Cavadov 1974-cü il yanvar ayının 26-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində anadan olmuşdu.
1981-1991-ci illərdə Aşağı Güzdək qəsəbəsindəki 41 saylı orta məktəbdə təhsil almış, orta məktəbi bitirən il Dəvəçidəki 110 saylı Texniki peşə məktəbinə daxil olmuşdu.

1992-ci ilin may ayında peşə təhsilini başa vuran Həzi Həmin ilin iyun ayında hərbi xidmətə çağırılır.
Qusar rayonu ərazisindəki hərbi hissədə hazırlıq keçdikdən sonra Laçın bolgəsində əsgəri xidmətə yollanır. Dəfələrlə erməni daşnaklarına qarşı hərbi əməliyyatlarda iştirak edir, torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmanlıqla doyüşür, 1992-ci il oktyabr ayının 16-da isə Qubadlı uqrundakı qanlı döyüşdə şəhid olur.

Mozarı Aşağı Güzdək qəsəbə qəbiristanlığındadır.

Həzi hələ evlənməmişdi.
Valideynləri hazırda Güzdək stansiyası yanacaqdoldurma məntəqəsində işləyirlər. Qardaşı Vaqif birinci qrup əlildir. Həlimə, Tünzalə adlı bacıları məktəb yaşlıdırlar. Kəmalə bacısı isə hələ körpədir.

Oxşar xəbərlər:

Back to Top