43

Mehman Şirvanov: “Qarabağ” ordenli şəhid polkovnik-leytenant

Şəhidlər / II qarabağ


Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub.

1986-1997-ci illərdə orta təhsilini kənd məktəbində alan Mehman 1998-2002-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyub. Hərb sənətinə yiyələn zabit Mehman Şirvanov 23 il ərzində Naxçıvan, Yevlax, Tərtər və Goranboy rayonlarında nümunəvi və qüsursuz xidmət edib. Xidmət dövründə bir sıra xarici ölkələrdə, o cümlədən Rumıniyada, Türkiyədə və NATO tərəfindən təşkil olunan ixtisasartırma kurslarına qatılıb. O, 2016-cı ildə Aprel döyüşlərində böyük igidlik göstərib.

Mehman Şirvanov Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsinin zabiti idi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Mehman Şirvanov sentyabrın 27-də şəhid olub. Lənkəran rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Bundan əlavə, Prezidentin İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib

Oxşar xəbərlər:

Back to Top