36

Elbrus Bayramov: Vətən Müharibəmizin qəhrəman mayoru

Şəhidlər / II qarabağ


Elbrus Eyvaz oğlu Bayramov 1986-cı il, dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Elbrus Bayramov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində vuruşub. Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elbrus Bayramova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elbrus Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elbrus Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elbrus Bayramov "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2008), "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2013), "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (26.06.2018), "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2018) ilə təltif edilib.

2 övladı yadigar qalıb.

Oxşar xəbərlər:

Back to Top