50

Əliyev Malik Təvəkkül oğlu 26 dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub.

Şəhidlər / II qarabağ




Əliyev Malik Təvəkkül oğlu 26 dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhəri 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2001-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2004-cü ildə həmin liseydən məzun olur. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Sərhəd qoşunları fakültəsinin “İnzibati idarəetmə, taktiki-komando” ixtisası üzrə təhsil alır.


2008-ci ildə leytenant rütbəsi ilə Malik Əliyev şimal sərhədlərimizin mühafizəsinin etibarlı təmin olunması ilə xidmətə başlayır. Xudat sərhəd dəstəsində iş fəaliyyətinə başlayan gənc sərhədçi zabit 2015-ci ildən etibarən Horadiz sərhəd dəstəsində öz xidmətini uğurla davam etdirir. 2017-ci ildən Cevik Hərəkət Qüvvələrində (ÇHQ) müxtəlif vəzifələrdə xidmətə başlayan Malik Əliyev bir sıra kurs və təlimlərdə bilik və bacarıqlarını təkmilləşdirir.
2020-ci il sentyabr ayının 27-də başlanan İkinci Qarabağ Savaşına Füzuli istiqamətindən qatılan mayor Malik Əliyev oktyabr ayının 13-də Cəbrayıl rayonu istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.


Ailəli idi, 1 övladı yadigar qalıb.

Oxşar xəbərlər:

Back to Top