57

Həsənov Əsəd Fərhad oğlu

Şəhidlər / II qarabağ



Əsəd Həsənov 1988-ci ildə aprelin 16-da İmişli rayonu Şahverdili kəndində dünyaya göz açıb. Həsənovlar ailəsi əslən Zəngəzurdan idi. Vətən həsrəti ilə yaşayan ailənin tək övladı olan Əsəd hələ kiçik yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyub. Əsəd Ali Hərbi Məktəbə daxil olub, daha sonra bir zabit olaraq vətən keşiyində dayanıb.
Azərbaycan Ordusunun kapitanı olan Əsəd Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə Qərargah rəisi idi və Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin, üç batareyasının məhv edilməsində fərqlənib. Əsəd Həsənov oktyabrın 1-də Ağdam rayonu istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Əsəd Həsənov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Əsəd Həsənov "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif olunub.
Ailəli idi. 3 yaşlı Mələk adında qızı və 2 yaşlı Hüseyn adında oğlu yadigar qaldı.

Oxşar xəbərlər:

Back to Top