42

İbadov Rauf Mərrəm oğlu

Şəhidlər / II qarabağ


İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub.
2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil almışdı.
2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil almışdı.
2017-2018ci illərdə 708 saylı MO hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunmuş, və hərbi hissə komandiri tərəfindən qol saatı hədiyə olaraq verilmişdir.
Milli Qəhramanımız Mübariz İbrahimovu özünə ideal seçərək, 2016-cı ildən Şəhidlik zirvəsinə çatmağı qarşısına məqsəd qoymuşdur.
2020 iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşmüşdür. Hərbi Komisarlıqda:
"Mən Polad Həşimovun qisasını almağa gedirəm"- deyib.
2020ci il sentyabr ayın 21-dən cəbhəyə yola salınmışdır.
Sentyabr ayının 27sindən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunmuşdur.
Son məlumata görə, 23 oktyabr tarixində, Laçın Dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv etmiş və qəhramancasına həlak olmuşdur. Cəsədləri bir neçə gün neytral ərazilərdə qalmış və atəşkəs elan olunduqdan sonra cəsədləri neytral ərazidən çıxarılmışdır.
30 oktyabr 2020-ci il tarixində, Abşeron rayon, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra, Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə, göstərdiyi qəhramanlığa görə, "Vətən Uğrunda", "Cəbrayılın Azad Olunmasına Görə" və "Füzilinin Azad Olunmasına Görə" medalları və Fəxri Fərman ilə təltif olunmuşdur.

Oxşar xəbərlər:

Back to Top