
AKİF CƏBRAYIL OĞLU QURBANOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 10:55AKİF CƏBRAYIL OĞLU QURBANOV
1975-1994
(Xırdalan qəsəbəsi)
Akif Cəbrayıl oğlu Qurbanov 1975-ci il oktyabr ayının 29-da Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmşudur.
Valideynləri Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Qafan rayonundan 1965-ci ildə köçüb gəlmişdilər. Akif I-VIII sinifləri Xırdalan qəsəbə I saylı orta məktəbində oxumuş, ailəsi ilə birlikdə Bakı şəhər Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə köçdüyünə görə IX sinfi həmin qəsəbədəki 217 saylı məktəbdə qurtarmışdı.
O, saatsazlıq peşəsini öyrənməklə yanaşı, təhsilini Xırdalan qəsəbə 3 saylı orta məktəbinin axşam şöbəsində davam etdirirdi.
1994-cü il yanvar ayının 3-də hərbi xidmətə çağırılmış, əvvəlcə Pirəkəşkül, sonra isə Qala hərbi hissə məntəqələrində təlim keçmişdir. O, könüllü olaraq xüsusi təyinatlı dəstəyə yazılmışdı.
1994-cü il mart ayının 19-dan aprel ayının 24-dək Füzuli rayonunun kəndlərində gedən döyüşlərdə fədakarlıqla iştirak etmişdi. Həmin dövrdə Tərtər bölgəsindəki ağır vəziyyəti nəzərə alaraq düşmənə qarşı amansızlıqla vuruşan həmin hərbi hissənin döyüşçüləri aprel ayının 24-dən 25-ə keçən gecə Tərtər bölgəsinə aparılır, aprelin 25-də Ağdam rayonunun Şotlanlı kəndi uğrunda gedən vuruşmalarda iştirak edirlər.
Aprelin 26-da yenə də həmin kənd uqrunda qanlı döyüş getmiş, döyüş yoldaşlarının dediklərinə görə bu döyüşdə Akif qolundan yaralanmış, geri qayıtmaq istərkən yoldaşı Xoşbəxt Məmmədovun ağır yaralı olduqunu görub ona komək etməyə, onu götürməyə çalışmışdır. Sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Buna görə də həmin vaxtdan itkin hesab olunur.
Atası Qurbanov Cəbrayıl Abşeron rayon TŞ-də işləyir, anası təqaüdçüdür.
Akif ailənin kiçik övladı, subay idi. Onun özündən böyük üç qardaşı və bir bacısı var. Özündən böyük qar-
daşı Arif Qurbanov da müharibə iştirakçısıdır.
Doğmaları hələ də Akifin yolunu gözləyirlər.