52

Haşımov Fuad Ceyhun oğlu

Şəhidlər / II qarabağ



Fuad Ceyhun oğlu Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olub.
2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbəsi tam orta məktəbinin birinci sinfinə daxil olub, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 2006-cı ildə "Zəngəzur" PFK klubuna daxil olub, 2007-ci ildə "Sabahın ulduzları" Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 10–16 yaşlı uşaqlar arasında keçirilən Bakı birinciliyində iştirak edib. 2008-ci ilin noyabr ayında futbol üzrə klub-komanda birinciliyində II dəstədə II yerə layiq görülüb. 2014-cü ildən 2018-ci ilə qədər isə "Neftçi" PFK futbol klubu ilə müqavilə imzalayıb.
2018-ci ilin oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb, "N" saylı hərbi hissənin istehkam bölüyündə xidmət edib. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı,təşəbbüskar, hərbi nizamnamələrin və qanunların tələblərini layiqincə dərk edən, komandirlərin və rəislərin əmr və göstərişlərini vaxtında düzgün və dəqiq yerinə yetirən, beləliklə də hərbi xidmətə vətəndaşlıq borcu kimi münasibət göstərən, hərbi qulluqçu kimi tanıtdırıb. 2019-cu ilin may ayının 27-də "N" saylı hərbi hissənin komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilib. 2019-cu ilin dekabr ayında Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olunub. Kursu bitirdikdən sonra 2020-ci ilin may ayından Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı istehkamçı ixtisası üzrə xidmətini davam etdirib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli ,Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oktyabr ayının 22-də Xocavəndin Tuğ kəndində ağır yaralanıb, yaralı halda ayağa qalxaraq son damla qanına qədər vuruşaraq şəhid olub.

Oxşar xəbərlər:

Back to Top