CEYHUN ƏLİ OĞLU İSMAYILOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 15:041973-1993
(Mehdiabad qəsəbəsi)
Ceyhun Əli oğlu İsmayılov 1973-cu il sentyabr azının 30-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində
anadan olmuşdu.
Valideynləri 1969-cu il-də Zəngilan rayonundan köçüb gəlmiş və o vaxtdan Mehdiabadda üzümçülük sovxozunda işləməyə başlamışdılar.
Orta təhsilini Mehdiabad qəsəbə orta məktəbində başa vuran Ceyhun sonra Binə sürücülük məktəbində təhsilini davam etdirir.
1992-ci ilin mayında Abşeron rayon Hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarında hərbi xidmətə çağırılır və Ağdam cəbhəsinə göndərilir. Sonra Laçın uğrunda döyüşlərdə iştirak edir.
Ceyhunun qısa, lakin mənalı doyuş yolu 1993-cü il yanvar ayının 5-də sona çatır. Həmin gün Ceyhun Haqnəzər kəndi uğrunda döyüşdə 26 nəfər silahdaşı ilə birlikdə mühasirəyə düşür və qəhrəmanlıqla döyüşərək şəhid olur.
Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.
Ceyhun subay idi. Hazırda iki qardaşı bir bacısı var.
Atası 1993-cü ildə dünyasını dəyişib.
Digər ailə üzvləri Mehdiabad qəsəbəsində yaşayırlar.