28

Heydərov Qadir Ədalət oğlu

Şəhidlər / II qarabağ


Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində doğulmuşdu. O, Bakı şəhərindəki 59 saylı məktəbdə 5-ci sinfə qədər oxuduqdan sonra təhsilini Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 1 saylı tam orta məktəbdə davam etdirib və həmin məktəbi 2016-cı ildə bitirib. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq eve qayıdıb.
Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.
Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlının adsız yüksəkliklərində snayperlə başından vurulub, Vətəni uğrunda şəhid olub.
Qadir ailənin tək oğlu idi, həm də sevdiyi qızla nişanlanmışdı. O, sevgisinə qovuşa bilməsə də, əbədiyyətə qovuşdu. 22 yaşlı şəhidimiz Qadir Heydərov Abşeron rayonundakı Mehdiabad qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qadir Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qadir Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qadir Heydərov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Oxşar xəbərlər:

Back to Top