151

ARZU FİRUDİN OĞLU HEYDƏROV

Şəhidlər / I qarabağ



1966-1992
(Xırdalan qəsəbəsi)

Arzu Firudin oqlu Heydərov 1966-cı il iyul ayının 19-da Bakı şəhərində anadan olmuşdu.

Məktəb yaşı çatanda 1973-cü ildə Abşeron rayonunun Xırdalan qəsəbəsindəki 2 saylı orta məktəbin birinci sinfinə getmiş, orta təhsilinin son iki ilini isə qəsəbədəki 3 saylı orta məktəbdə oxumuşdur.

Arzu orta məktəbdə oxuya-oxuya eyni zamanda Xırdalandakı musiqi məktəbinin tar şöbəsini də bitirmişdi. Orta məktəbi ə’la qiymətlərlə qurtaran Arzu ali təhsil almaq məqsədilə sənədlərini Azərbaycan Dövlət Politexnik İnstitutuna verir. Lakin müsabiqədən keçə bilmir.

1984-cü ildə onu ordu sıralarına hərbi xidmətə çağırırlar. Əsgəri borcunu Çexoslovakiya Respublikasında
tankçı kimi başa vuran Arzu ordudan qayıdandan sonra ali təhsil almaqdan ötrü 1987-ci ildə təzədən sənədlərini Politexnik İnstituta təqdim edir və bu dəfə həmin institutun rabitə fakültəsinə daxil olur. İnstitutda oxuya-oxuya həm də mebel fabrikində rabitəçi işləyir.

1991-ci ildə erməni işğalçılarına qarşı müharibədə iştirak etmək, torpaqlarımızın müdafiəsi uğrunda
döyüşmək üçün könüllü olaraq cəbhəyə gedir. İlk vaxtlar Biləcəridəki hərbi hissədə rabitəçi kimi çalışır.
1992-ci ildən Ağdam cəbhəsində döyüşlərdə iştirak edir. 1992-ci il iyunun 12-də isə Qaraqaya kəndi uğrundakı döyüşdə Arzugilin tankı minaya düşür. Arzu həmin döyüşdə Vətən uğrunda igidliklə şəhid olur.

Subay idi. Rasim və Nazim adlı iki qardaşı var.

Oxşar xəbərlər:

Back to Top