82

Əlimərdanov Elvin İlham oğlu

Şəhidlər / II qarabağ



Elvin Əlimərdanov 1994-cü ilin dekabr ayının 12-də Sumqayıtda anadan olub. Amma orta məktəbi Bolnisi rayonun Saraclı kəndində, öz kökünün bağlı olduğu doğma yurdda bitirib, sonra isə anası ilə yenidən Sumqayıta köçüblər. Elvin anasının yeganə övladı, ümidi, pənahı, arxa-dayağı, sevinci, arzusu idi.
Elvin Tovuz hadisələri başlayanda hərbi komissarlığa gedərək qeydiyyatdan keçib. Əsgərlik dövründə kəşfiyyatçı-snayper olduğu üçün qeydiyyatdan keçməsinə heç bir əngəl olmur və evə qayıdıb cəbhəyə çağırılacağı günü gözləyir...Anasının göz yaşlarına, yalvarışlarına, “sən getsən mən nə edərəm, başına bir iş gəlsə yaşamaram” israrlarına Elvin “müharibəyə gedib döyüşəcəyəm” cavabını verir. Müharibəyə getməkdə israrlı idi Elvin.
Vətən Müharibəsi başlayanda Elvinin iş yerinə çağırış vərəqəsi gəldi. Əslində, o müharibəyə könüllü gedib. Oktyabrın 6-da cəbhəyə getdi və Tərtərdə, Suqovuşan ərazisində döyüşürdü. Oktyabın 16-da onun şəhid olduğu xəbərini eşitdik.

Oxşar xəbərlər:

Back to Top