Əhmədov Bəhruz: Təhlükədən qorxmayan fədakar çempion
Şəhidlər / II qarabağ 12 may 2022, 13:22Mənfur düşmənə qarşı döyüşlərdə mərdlik göstərərək şəhidlik zirvəsinə ucalanlardan biri də qaydasız döyüş üzrə çempion Bəhruz Əhmədovdur.
Bəhruz Əhmədov 1997-ci ildə Sabirabad rayonunun Balakənd kəndində anadan olub. Ordu sıralarına könüllü yazılaraq Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Bəhruz Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə iştirak edib.
Bəhruz Əhmədov torpaqlarımızın azad edilməsində böyük şücaət göstərib. Neçə-neçə yaralı yoldaşını döyüş meydanından çıxarıb. Bəhruzun növbəti və son fədakarlığı oktyabrın 21-i olub.Yaralı döyüş yoldaşının silahını götürərək önə atılıb. Son damla qanına qədər döyüşərək təkbaşına xeyli irəliləyib, düşmən qüvvələrini məhv edib.
Snayper gülləsinə tuş gələn qəhrəman Vətən oğlu 19 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb.
Bəhruz Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Qubadlının azad olunmasına görə " medalları ilə təltif edilib.