20

Zaur Mədətov: Vətən Müharibəsində də ən yüksək zirvəyə qalxan şəhid cüdoçu

Şəhidlər / II qarabağ


Müharibəyə qədər bacarığı və əzmi ilə müxtəlif idman yarışlarında bayrağımızı ucalardan uca edib. Ən yüksək kürsülərdən qürurla bayrağımıza tamaşa edib. Himnimizi səsləndirib. Onun bir arzusu da Qarabağda Azərbaycan bayrağını dalğalandırmaq idi. Müharibəyə qatılan cüdoçu Zaur Mədətov burada rəqiblərin ən çox gözləniləni qəddar düşməni məğlub edənlərdən olur. Yenə ən yüksək kürsüyə qalxır. Bu dəfə qalib vətənin şəhid oğlu kimi.

Abşeron rayon Xırdalan şəhər sakini, 21 yaşlı şəhid Zaur Mədətov hələ uşaq yaşlarından vətənə olan sevgisi ilə seçilib. Hərbi xidmətə yola düşəndə sevincinin həddi-hüdudu olmayıb. Könüllü olaraq xidmət edən şəhidimiz Füzuli və Cəbrayılın azad olunmasında fəal iştirak edib.
Zaur Mədətov idmançı olub. Cüdo idman növü üzrə Respublika və Dünya yarışlarında qalibiyyət əldə edərək medallar qazanıb.
"Zəhmətkeş, vətənpərvər, dağ vüqarlı qardaşımı itirdim, Vətən sağolsun",- deyir qardaşı .

Cəsurluğu ilə döyüş yoldaşlarına örnək olan Zaur Mədətov oktyabrın 8-də Füzulidə qəhrəmancasına şəhid olub. 21 yaşlı şəhid Sumqayıtda şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Oxşar xəbərlər:

Back to Top