21

“Şuşa ili” ilə bağlı Abşeron məktəblərində silsilə tədbirlər davam edir

Tədbirlər


Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən respublikamızda 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin mədəniyyətini, tarixini tanıtmaq, yeni nəslə dəyərlərimizi tariximizi aşılamaq məqsədi ilə Abşeron məktəblərində “Şuşa İli” adlı layihə həyata keçirilir. İl sonunadək davam edəcək layihə çərçivəsində məktəblilər Ali baş Komanda İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun rəşadəti nəticəsində azad olunmuş Şuşa şəhərinin tarix və mədəniyyət abidələrini, arxeoloji, memarlıq abidələrini, tanınmış şəxsiyyətlərini, mədəniyyət və dövlət xadimlərini, musiqi, şeir, poeziyasını və digərlərini tanıtmaq məqsədi ilə öz istedlarını nümaiş etdirəcəklər.

Tarixi zəfərimiz nəticəsində bu gün artıq Qarabağda, Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilir.

Qədim şəhərimizin tarixini və bu gününü tanıtmaq məqsədi ilə Abşeron rayon Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə açıq dərslər keçirilib, Şuşanın tarixi, coğrafiyası, mədəniyyəti, təbiəti haqqında danışılıb. Tədbirdə dövlət himn, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Şuşa sən azadsan" şüarı səsləndirilib. Şagirdlər "Şuşanın dağları", şəhid Xudayarın ifa etdiyi "Vətən yaxşıdır", Azərbaycanın milli musiqi alətləri olan sazın müşayiəti ilə "Azərbaycan" mahnılarını ifa ediblər. Məktəblilərin ifasında Şuşa haqqında şeir kompozisiyası, "Şuşa" şeiri səsləndirilib, "Bayraq" rəqsi və digər rəqslər nümayiş etdirilib.
Şagirdlərin Şuşa şəhərinin tarixi abidələrini, təbiətini, gözəlliklərini əks etdirən rəsm sərgisi nümayiş olunub.

Abşeron rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova da tədbirdə iştirak edib və gənclərimizdə vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasının, tariximizi, mədəniyyətimizi öyrənib tanitmalarının müsbət hal olduğunu qeyd edib. Gülnar Rəhimova şəhid və qazilərimizin Xırdalan 8 nömrəli tam orta məktəbdə təhsil alan övladları ilə görüşdü, onların bir qrupu ilə söhbət edib.



Oxşar xəbərlər:

Back to Top