120

MAQSUD LƏTİF OĞLU ABDULLAYEV

Şəhidlər / I qarabağ


MAQSUD LƏTİF OĞLU ABDULLAYEV
1971-1992

(Mehdiabad qəsəbəsi)
Azərbaycan tarixinə qara səhifə kimi yazılan və erməni-rus faşizminin iç üzünü bütün mahiyyəti ilə açıb ortaya qoyan Xoçalı faciəsindən sonra xalqımızın minlərlə qeyrətli oğlu silaha sarılıb könüllü olaraq döyüş bölgələrinə yollandı. Belə qeyrət sahibi olan oğullarımızdan biri də Maqsud Abdullayev idi.
Onun döyüş yolu 1992-ci il martın 16-dan başladı.

Maqsud Lətif oqlu Abdullayev 1971-ci il iyun ayının 14-də Azərbaycanın qədim İrəvan vilayətinin (indiki “Ermənistan”ın) Basarkeçər rayonunun Şişqaya kəndində anadan olmuşdu. Sonralar ailələri Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçüb gəlmiş, Maqsud da orta məktəbi 1987-ci ildə burada bitirmişdi.

1988-ci ildə hərbi xidmətə çağırılan Maqsud Rusiyanın Krasnoyarsk diyarında qulluq edir, nümunəvi xidmətinə görə çavuş rütbəsinə yüksəlir. Hərbi xidməti zamanı tankın üstündəki pulemyotu idarə etmək üçün üç aylıq hərbi kurs da keçmişdi.

Uşaqlıqdan həkimlik arzusunda olan Maqsud bu istəyinə çata bilmir və 1992-ci ilin martında könüllü olaraq Milli Ordu sıralarına daxil olur, minamyot batareyasına komandir təyin edilir.

Həmin ilin aprel ayında Maqsudun qulluq etdiyi batalyon Füzuli cəbhəsinə göndərilir. İlk ağır döyüşlərdən biri aprelin 26-da olur. Erməni quldurları PDM və iriçaplı pulemyotlardan atəş açaraq Qaradağlı kəndi istiqamətində hücuma keçirlər. Maqsudun batareyasının minamyotlardan açdığı sərrast atəşlər nəticəsində düşmən həm hərbi texnika, həm də canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilir.

Maqsudun Məlikcan və Köşbək kəndlərindəki erməni səngərlərinə dəfələrlə dəqiq atdığı mərmilər nəticəsində onlarla erməni qulduru məhv edilir. İyun ayının 28-də mühüm bir strateji yüksəklik uqrunda gedən döyüşdə Maqsud novbəti qəhrəmanlıq nümayiş etdirir. Belə ki, bizim zirehli texnika düşmэn movqeyinə yaxın yerdə zədə alır, sürücü isə ağır yaralanır. Maqsud texnikanı düşmənə qoymayacağını bildirərək BRDM-I düşmənin güclü atəşi altında, həm də minalanmış sahodən böyük ustalıq və igidliklə çıxarır.

Avqustun 5-də isə Maqsud vurulmuş tankın içərisindən ağır yaralanmış bütün ekipajı dörd nəfər silahdaşını çıxararaq onlara ilk yardım göstərir və hamısını döyüş meydanından uzaqlaşdırmağa müvəffəq olur. Avqustun 15-də qoşunlarımızın Məlikcan kəndinə hücumu Maqsudun son döyüşü olur. Kəndə birinci girənlər sırasında olan Maqsud bu döyüşdə qəhrəmanlıqla vuruşur. Az vaxtda düşmən qovulub kэnddan çıxarılır. Əsgərlərimiz düşmənin bir PDM-ni, iki minamyotunu və çoxlu başqa silah və hərbi sursatını эlə keçirirlor. Ermonilər bir neçə dəfə kəndi geri almaqa cəhd etsələr də, buna nail ola bilmirlər. Düşmэn mövqelərimizi tanklardan, toplardan, "qrad” qurqularından güçlü atəşə tutur.

Döyüşçülərimiz qəhramanlıqla müqavimət gəstərirlər. Elə bu vaxt atılan mərmilərdən biri cəsur minomyot komandiri Maqsud Abdullayevin yaxınlıqında partlayır və o, dostlarının qolları arasında gözlərini əbədi yumur.

Maqsud subay idi. Onun toyunu görmək atası Lətif müəllimə, anası Fənarə xanıma, qardaşı Elşada, bacıları Sevincə, Aygünə və Ulduza qismət olmadı.
Maqsudun adı əbədiləşdirilərək Mehdiabad qəsəbəsindəki küçələrdən birinə verilmişdir.

Məzarı Bakı şəhərindəki Şəhidlər Xiyabanındadır.

Oxşar xəbərlər:

Back to Top