
İLHAM ABBAS OĞLU HÜMBƏTOV
Şəhidlər / I qarabağ 14 okt 2022, 10:031967-1993
(Mehdiabad qəsəbəsi)[b][/b]
İlham Abbas oqlu Hümbətov 1967-ci il iyun ayının 18-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuşdu. Ailədə iki qardaş, bir bacı idilər.
İlhamın valideynləri Tovuz rayonundan köçüb gəlmiş, Mehdiabad qəsəbəsində məskunlaşmışdılar. İlham da burada dünyaya göz açmış və 1975-ci ildə qəsəbə orta məktəbinin birinçi sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdi. Həmin il Bakı şəhərindəki 31 saylı radio-texniki məktəbə daxil olan İlham 1986-cı ildə oradakı təhsilini başa vurub, 4 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə krançı işləyir.
1986-cı ildə isə İlham ordu sıralarına çağırılır, Sverdlovsk şəhərində daxili qoşun hissələrində qulluq edir, nümunəvi xidmətinə görə müxtəlif doş nişanları ilə təltif olunur.
1988-ci ildə hərbi xidmətini başa vurub qayıdan İlham 1989-cu ildə Azərbaycan Politexnik İnstitutuna daxil olur. Lakin torpaqlarımızın düşmən tərəfindən işğal edilməsi çoxları kimi İlhamı da rahat buraxmır, onu cəbhəyə səsləyir. İlham da 1993-cü il aprel ayının 3-də Milli Ordu sıralarında cəbhə bölgəsinə yollanır. Füzuli cəbhəsində ağır döyüşlərdə iştirak edir. Son döyüşü Yuxarı Yaqlıvənd istiqamətində Kürd Mahmudlu kəndi uqrunda olur. Döyüş zamanı itkin düşür.
İlham subay idi.