172

ASİF XANKİŞİ OĞLU AĞAKİŞİYEV

Şəhidlər / I qarabağ



1961-1992
(Mehdiabad qəsəbəsi)

Asif Xankişi oqlu Ağakişiyev 1961-ci il iyul ayının 10-da qədim Zəngəzur mahalının (indiki "Ermənistan”ın)
Qafan rayonunun Şabadin kəndinda anadan olmuşdu.

Asif atasını dörd yaşında ikən itirmiş, anası Simuzər arvad övladlarını böyük çətinliklə boya-başa çatdırmışdır.
Ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçdüyündən Asif də orta təhsilini Mehdiabad qəsəbə məktəbində alır. 1979-cu ildə Sovet ordusu sıralarında hərbi xidmətə çağırılan Asif 1981-ci ildə əsgəri borcunu yerinə yetirib Vətənə qayıdır.

Erməni təcavüzkarlarına qarşı torpaqlarımızı müdafiə etmək məqsədilə Azərbaycanda ordu yaradılan ilk günlərdə Asif də könüllü olaraq cəbhəyə gedir, ən ağır hərbi əməliyyatların iştirakçısı olur, düşmənə qarşı hər dəfə igidliklə vuruşur. O, Daşaltı əməliyyatında da iştirak etmişdi. Sonra Şuşa, Kosalar, Laçın, Qubadlı bölgələrində erməni daşnaklarına qarşı qəhrəmanlıqla döyüşür. Asif axırıncı dəfə Zəngilan cəbhəsində vuruşur və 1992-ci il may ayının 24-də şəhid olur.

Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Asif evli idi. İki oğul, bir qız yadigarı var.

Asif şəhid olduqdan sonra ailəsinə Mehdiabad qəsəbəsində birotaqlı mənzil verilmişdir. Hazırda həyat yoldaşı Kifayət Musa qızı və üç övladı həmin mənzildə yaşayırlar. Asifin anası Simuzər xala isə oğlunun ölümünə dözməyərək, bu faciədən iki ay sonra dünyasını dəyişmişdir.

Asifin adı əbədiləşdirilərək Mehdiabad qəsəbəsindəki küçələrdən birinə verilmişdir.

Oxşar xəbərlər:

Back to Top