
ASİF HƏSƏNAFA OĞLU ƏHMƏDOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 13:031976-1995
(Hökməli kəndi)
Asif Həsənağa oqlu Əhmədov 1976-cı il oktyabr ayının 20-də Abşeron rayonunun Bokməli qəsəbəsində anadan olmuşdu.
İndi dünyasını dəyişmiş atası Həsənağa kişi uzun illər Bakı şəhərinin Binəqədi rayonunda 4 saylı mədəndə fəhlə işləmişdir. Həyat yoldaşı Ayna xanımla baş-başa verərək dörd oğul, iki qız böyütmüşdülər, böyüdüb boya-başa çatdırınca kirpikləri ilə od götürmüş, dünyanın hər, əzabına qatlaşmışdılar.
Asifin böyük qardaşı Nasir hələ 1991-ci ildən Vətənin müdafiəsinə yollanmışdı. Qardaşı ilə fəxr edən Asif özü də Hökməli kənd məktəbini bitirdikdən az sonra 1995-ci il iyun ayının 12-də hərbi xidmətə çağırılmışdı. Anasını inandırmışdı ki, tezliklə müharibə qurtaracaq, evə qələbə ilə dönəcək. Kim inanardı ki, evdə anasının, qardaş-bacılarının, məktəbdə müəllim və şagirdlərin sevimlisi olan bu gənc oqlanı belə erkən şəhidlik gözləyir...
1995-ci il noyabr ayının 11-dən 12-nə keçən gecə idi.
Asif Murovdaq yuksəkliyindəki müşahidə məntəqəsində idi. Şaxta sümüklərinə işləyib, damarlarında qanını dondursa da, o, bir an da öz postunu tərk etmadi. Ona tapşırılan işi ləyaqətlə yerinə yetirərək, özü də şaxtadan donub həlak oldu.
Qardaşı Nasir 1996-cı ildə ordudan tərxis olunub evə qayıdanda artıq Asif dünyada yox idi.
Hökməli qəsəbə qəbiristanlığında onu qardaş əvəzi bir soyuq məzar qarşıladı..
Lakin Asifin xatirəsi yaddaşlardan silinməmişdir.
Yaşadığı küçəyə onun adı verilmişdir. Oxuduğu məktəbə adının verilməsi nəzərdə tutulmuşdur.