ƏLİ VAQİF OĞLU MƏMMƏDOV
Şəhidlər / I qarabağ 13 okt 2022, 09:421970-1993
(Mehdiabad qəsəbəsi)
1988-ci ildə indiki “Ermənistan” ərazisində dinc müsəlman əhaliyə qarşı təqib və təzyiqlərin güclənməsi nəticəsində öz dədə-baba yurdunu tərk etməyə məcbur olan ailələr arasında qədim Zəngəzur mahalının Müsəlləm kəndində yaşayan Məmmədovlar ailəsi də vardı. Bu vaxt Əli Məmmədov on səkkiz yaşında idi...
Əli Vaqif oqlu Məmmədov 1970-ci ildə Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdu. 1984-cü ildə Müsəlləm kənd səkkizillik məktəbini, 1986-cı ildə isə Qafan rayon 62 saylı Texniki meşə məktəbini bitirmişdi.
1988-ci ildə hərbi xidmətə çağırılmış, Ukraynada qulluq etmiş, minaaxtaran olmuşdur. 1990-cı ildə isə ordudan tərxis olunan Əli ailələrinin 1988-ci il qaçqınlığı zamanı gəlib məskunlaşdığı Abşeron rayonunun Mehdiabad qəsəbəsinə qayıdır.
1993-cu il yanvarın 28-də Milli Ordu sıralarında ön cəbhəyə yola düşən Əli Goran hərbi hissəsində xidmət edir, hərbi əməliyyatların iştirakçısı olur. Oradan Murovdaq döyüşünə göndərilir və 11 fevral 1993-cü il tarixdə Murovdağda gedən qanlı döyüşlər zamanь itkin düşür. O vaxtdan Əli Məmmədov haqqında heç bir məlumat yoxdur.
Subay idi. Ata-anası, bir qardaşı və üç baçısı var.