111

TEYMUR BİLAL OĞLU CƏBRAYILOV

Şəhidlər / I qarabağ


1973-1995
(Mehdiabad qəsəbəsi)

Teymur Bilal oğlu Cəbrayılov 1973-cü il iyul ayının 13-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuşdu.
Teymurun valideynləri Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Qafan rayonundan idilər. 1968-ci ildə ailəlikcə köçüb Abşeron rayonunun Mehdiabad qəsəbəsinə gəlmişdilər. Burada dünyaya göz açıb, qəsəbə orta məktəbində təhsil almağa başlayan Teymur 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirir. Sonra təhsilini Bakı şəhərindəki 94 saylı Texniki peşə məktəbində davam etdirərək dülgər sənətinə yiyələnir.

Hərbi xidmət yaşı çatanda könüllü olaraq Milli Ordu sıralarına yazılan Teymur 1992-ci il iyun ayının 5-də Vətənin müdafiəsinə yollanır, Ağdam, Kəlbəcər, Füzuli və Laçın bölgələrində döyüşlərdə iştirak edir, düşmənə qarşı qəhrəmanlıqla vuruşur.
1995-ci il fevralın 23-də isə Teymur hərbi xidməti borcunu yerinə yetirərkən şəhid olur.

Məzarı Mehdiabad qəsəbə qəbiristanlığındadır.

Teymur subay idi. Valideynləri təqaüdçüdürlər. Üç qardaşı, iki bacısı var: Mikayıl, Təvəkkül, Seymur, Gülşəndə və Hicran.

Oxşar xəbərlər:

Back to Top