
ƏDALƏT ŞAHVERDİ OĞLU CƏBRAYILOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 17:291968-1994
(Ceyranbatan qəsəbəsi)[b][/b]
1994-cü il iyun ayının əvvəllərində torpaqlarımızın ermeni işğalçılarından azad edilməsi uğrunda hərbi xidmətə səfərbər ediləndə Ədalət anasını və həyat yoldaşını inandırmışdı ki, tezliklə qələbə ilə evə qayıdacaqlar. İki istəkli körpəsini - Əminəni və Nurayı bağrına basıb ketmişdi. Uç aydan sonra, doğrudan da, “qayıtdı".
Lakin evə yox, ondan əvvəl Ceyranbatandan cəbhəyə getmiş neça-ne-çə qeyrətli Vətən oğlunu əbədi olaraq qoynuna almış müqəddəs məkana - Ceyranbatan qəsəbə qəbiristanlığına...
Ədalət Şahverdi oqlu Cəbrayılov uşaqlıqdan hər cür zəhmətə qatlaşmış, çətin həyat yolu keçmişdi. O,
1968-ci il noyabr ayının 18-də Özbəkistanın Bekabad şəhərində anadan olmuş, 1974-cü ildə köçüb Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə gəlmiş, 1984-cü ildə səkkizillik məktəbi, 1986-cı ildə isə qəsəbədəki 147 saylı Texniki peşə məktəbini bitirmişdi.
1986-1988-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olan Ədalət nümunəvi xidmətinə görə müxtəlif döyüş nişanları ilə toltif edilmişdi.
1994-cu il iyun ayının əvvəllərində Azərbaycan ordusu tarkibinda keçdiyi hərbi xidmэt isэ çox qısa olmuş,
həmin il oktyabrın 9-da Beyləqan döyüş bolgəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur.
Bütün şəhidlər kimi, Ədalətin də xatirəsi onu tanıyanların və bütün Azərbaycan xalqının qəlbində əbədi
yaşayacaqdır.
Ceyranbatan qəsəbə bağındakı xatirə kompleksində bu qəsəbədən olan şəhid oğullarımızla bir sırada Ədalətin də adı əbədiləşdirilmişdir.