
ELŞAD ARİF OĞLU ŞİRİNOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 16:261974-1996
(Xırdalan qəsəbəsi)
Elşad Arif oqlu Şirinov 1974-cü il avqust ayının 6-da Quba rayonunun birinci Nügədi kəndində anadan olmuşdu.
1978-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsinə köçmüşdülər. Elşad da 1991-ci ildə Xırdalan qəsəbəsindəki 1 saylı orta məktəbi bitirmişdi. Orduya gedənə qədər bir müddət Qobustan yataqlarına su çəkmə idarəsində işləmişdi.
1992-ci il oktyabr ayının 6-da Milli Ordu sıralarında hərbi xidmətə başlayan Elşad Ağdamın, Ağdərə-
nin Güllücə, Madagiz, Marquşavan kəndləri uğrunda döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir.
1996-cı il aprel ayının 13-də isə Tərtər rayonunun Cəmilli kəndi ərazisindəki Torpaqtəpə adlanan yerin
ətrafında minaların təmizlənməsi zamanı həlak olmuşdur.
Elşad subay idi. Bir qardaşı, bir bacısı var.
Məzarı Quba rayonunun Mirzəqışlaq kənd qəbristanlığındadır.