27

MÜBARİZ İDRİS OĞLU ZEYNALOV

Şəhidlər / I qarabağ


1973-1992
(Məmmədli kəndi)[b][/b]

Mübariz İdris oğlu Zeynalov 1973-cü il oktyabr ayının 2-də Abşeron rayonunun Məmmədli kəndində anadan olmuşdu. Atası 1969-cu iLDƏ
Tovuz rayonundan köçüb gələrək burada məskunlaşmış, 1974-cü ildən Respublika Tədarük Nazirliyində elmi işdə çalışmış, 1990-cı ildə isə vəfat etmişdir.
Mübariz də 1980-ci ildə Məmmədli kənd orta məktəbinin birinçi sinfinə getmiş, 1990-cı ildə həmin məktəbi bitirmişdi.

Hərbi xidmət yaşı çatan zaman ordu sıralarına çağırılmış, üç ay qulluq etdikdən sonra könüllü olaraq ön cəbhəyə getmişdi. Əvvəl Ağdam bölgəsində bir ay döyüşmüş, sonra Goranboy bölgəsində döyüşlərdə iştirak etmiş, nəhayət, Tərtər rayonunun azadlığı uqrunda Seydimli, Çaylı və Marquşavan döyüşlərində şücaət göstərmişdir.

Sonuncu döyüşü Marquşavan kəndi uğrunda olmuşdur. Həmin döyüşdə bir erməni tankını sıradan çıxaran Mübariz sonra döyüşçü yoldaşı Rəhilə Orucovanın cəsədini götürərkən snayper gülləsi ilə vurulmuşdur.
1992-ci il may ayının 11-də şəhid olub, may ayının 12- də yaşadığı kəndə gətirilmişdir.

Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.

Mübariz subay idi.
Qardaşı Maarif Zeynalov da konullu olaraq cəbhəyə getmiş və Füzuli bölgəsində erməni işğalçılarına qarşı vuruşmuşdur. Doğulduğu küçəyə şəhid Mübariz Zeynalovun adı verilmiş, kənddəki xatirə kompleksində adı əbədiləşdirilmişdir.

Oxşar xəbərlər:

Back to Top