45

HEYBƏTALI DOSTALI OĞLU MƏMMƏDOV

Şəhidlər / I qarabağ


1972-1994
(Aşaqı Guzdək kəndi)[b][/b]

Heybətalı Dostalı oğlu Məmmədov 1972-ci il fevral ayının 23-də Şamaxı rayonunun Qaracüzlü kəndində anadan olmuşdu. Ailədə altı qardaş, iki bacı idilər.
O, Qaracüzlü kənd məktəbinin səkkizinci sinfini bitirmiş, hərbi xidmət yaşı çatanda isə Sovet ordusu sıralarında əsgəri borcunu yerinə yetirmişdi.

1993-cü ilin payızında hörmətli Prezidentimiz H.Əliyevin çağırışı ilə könüllü olaraq silaha sarılıb Vətənin müdafiəsinə qalxanlardan biri də Heybətalı olur. O, Abşeron batalyonunun tərkibində döyüş bölgəsinə yollanır və erməni daşnaklarına qarşı hərbi əməliyyatlarda iştirak edir.

1994-cü il fevral ayının 23-də Yuxarı Veysəlli kəndi uğrundakı döyüş isə Heybətalının sonuncu döyüşü olmuşdur. Həmin döyüşdə qəhrəmancasına həlak olan Heybətalının cənazəsini anadan olduqu Qaracüzlü kəndinə apararaq, kənd qəbiristanlığında dəfn etmişlər.

Heybətalı Məmmədov subay idi.

Oxşar xəbərlər:

Back to Top