
NAZİM ELMAR OĞLU MƏMMƏDOV
Şəhidlər / I qarabağ 17 okt 2022, 10:351964-1992
(Xırdalan qəsəbəsi)[b][/b]
Nazim Elmar oğlu Məmmədov 1964-cü il noyabr ayının 9-da Bakı şəhərində anadan olmuşdu.
Xırdalan qəsəbəsindəki 2 saylı orta məktəbi bitirdikdən sonra 1984-1986-cı illərdə Almaniya Demokratik Respublikasında Sovet ordusu sıralarında hərbi xidmətini başa vuraraq vətənə qayıtmışdı. Bu vaxt artıq Nazimin anası dünyasını dəyişmişdi.
Ordudan qayıtdıqdan sonra Nazim əvvəl Bakı mebel hissələri yığma kombinatında, sonra isə Bakı şəhərində ayaqqabı fabrikində çalışmışdı.
1992-ci ilin əvvəllərində könüllü olaraq Milli Ordu tərkibində ön cəbhəyə yola düşən Nazim Şuşa və Kosalar uğrundakı ağır döyüşlərdə iştirak edir.
1992-ci il aprel ayının 20-də Nazimin şərəfli və mənalı döyüş yolu sona yetir - həmin gün o, erməni daşnaklarına qarşı Kosalar gəndi uğrunda vuruşda şəhid olur.
Nazim ailəli idi. İmran adlı bir oğul yadigarı var.
Atası Elmar kişi təqaüdçüdür. Bir qardaşı var.
Şəhid ailəsi kimi, Nazimin həyat yoldaşına Bakı şəhərində mənzil verilib.