
SƏXAVƏT CƏBRAYIL OĞLU ƏLİYEV
Şəhidlər / I qarabağ 17 okt 2022, 16:431960-1994
(Xırdalan qəsəbəsi)[b][/b]
Səxavət Cəbrayıl oğlu Əliyev 1960-cı il mart ayının 20-də Beyləqan (keçmiş Jdanov) rayonunun Əhmədli kəndində anadan olmuşdu.
1978-ci ildə Xələc kənd orta məktəbini bitirmiş, 1978-1980-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Abşeron rayonuna köçüb gələn Səxavət burada Xırdalan südçülük sovxozunda, sonra müxtəlif tikinti təşkilatlarında fəhlə işləmişdir. 1993-cü ildə buradan könüllü olaraq Milli Ordu sıralarında cəbhəyə getmiş, bir sıra döyüşlərdə iştirak etmişdir.
İgidliyi ilə az vaxtda silahdaşlarının hörmətini qazanan Səxavət həmişə ön xəttə can atmış, qəhrəmanlıqla döyüşmüşdür. Belə döyüşlərin birində - 1994-cü il yanvarın 28-də Ağdərə cəbhəsində şəhid olmuşdur.
Xırdalan qəsəbə qəbiristanlığında dəfn edilmişdir.
Xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.