57

ƏVƏZ ABDULHƏSƏN OĞLU ŞƏFİYEV

Şəhidlər / I qarabağ


1961-1994
(Xırdalan qəsəbəsi)

Əvəz Abdulhəsən oqlu Şəfiyev 1961-ci il avqust ayının 5-də qədim Zəngəzur mahalının (indiki “Ermənis-
tan”ın) Qafan rayonunun Qaçaran şəhərində anadan olmuşdu. Orta moktobi 1978-ci ildə Qacaran şəhərində bitirmişdi.

1980-1982-ci illərdə Sovet ordusu sıralarında Tomsk şəhərində qulluq etmişdi.
Ordudan qayıtdıqdan sonra bir müddət Bakı Kondisionerlər zavodunda fəhlə işləyən Əvəz 1983-cü ilin sonlarında doğma Qafan rayonuna qayıdır və dəmiryol sistemində fəhlə işləməyə başlayır.

1988-ci il hadisələri zamanı ata-baba yurdundan didərgin düşüb qonşu Zəngilan rayonunda müvəqqəti məskunlaşmalı olur. Əvəz 1990-cı ildə daxili işlər sistemində işə qəbul olunur. Zəngilan işqal olunduqdan sonra Abşeron rayonuna köçür və 1994-cü ildə burada polis şöbəsində fəaliyyətini davam etdirir.
Əvəzin döyüş yolu 1992-ci il sentyabr ayının 12-də Zəngilan rayonundan başlamışdır. O, Qazançı, Seyidlər, Ağkənd, Yeməzli və s. kəndlər uğrunda doyüşlərdə iştirak etmişdir. Erməni dilini yaxşı bildiyi üçün dəfələrlə kəşfiyyata getmiş, vacib mə’lumatlarla qayıtmışdır.

Əvəzin sonuncu döyüşü 1994-cü il aprel ayının 25-də Ağdam rayonunun Gülablı kəndi uğrunda Həmin döyüşdə öz QAZ-69 markalı maşını ilə vacib hərbi tapşırığı yerinə yetirən Əvəzin maşınını ermənilər mərmi ilə vururlar. Əvəz qəhrəmanlıqla şəhid olur.

Əvəz ailəli idi. İki oğul yadigarı var.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Xırdalan qəsəbəsində adına küçə verilmişdir.

Oxşar xəbərlər:

Back to Top