39

ƏLİYOLDAŞ CƏLİL OĞLU ƏMİRƏHMƏDOV

Şəhidlər / I qarabağ



1962-1994
(Qobu qəsəbəsi)

Onlar ailədə on dörd uşaq idilər on qardaş, dörd bacı.

Qardaşların dördü Əliyoldaş, Teymur, Telman və Elman ön cəbhədə torpaqlarımızın erməni işqalçılarından azad edilməsi uğrunda döyüşlərdə iştirak edirdilər. Əliyoldaşla Teymur Ağdərə bölgəsində, Telmanla Elman isə Ağdam cəbhəsində. Ağdərə rayonu ətrafındakı döyüşlərdə qəhrəmanlıqla döyüşən Əliyoldaş 1994-cü ilin yanvarında Akopkomari deyilən yerdə düşmən snayperi ilə vurulanda qardaşı Teymur da yanında idi. Qardaşının cənazəsini evlərinə gətirmək də onun taleyinə yazılıbmış...

Əliyoldaş Cəlil oğlu Əmirəhmədov 1962-ci il yanvar ayının 4-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuşdu. Qobu qəsəbə orta məktəbini bitirmiş, 1980-1982-ci illərdə Sverdlovsk vilayətinin Nijnitakil şəhərində hərbi xidmətini çəkmişdi.

Ordudan qayıtdıqdan sonra Qobuda yaşamış, Guzdək tikinti materialları kombinatında işləmişdi.

1992-ci ildə Azərbaycan ordusu sıralarında Şuşada, Laçında, Tərtərdə torpaqlarımızın müdafiəsində dayanan Əliyoldaş 1993-cü ildə Tərtər cəbhəsində ağır döyüşlərdən keçir. Sonra Ağdərə cəbhəsində qəhrəmanlıqla vuruşur. Həmin cəbhədə də həlak olur. Qardaşı Teymur 1994-cu il yanvar ayının 23-də onun cənazəsini evlərinə gətirir. Onu doğulub boya-başa çatdığı Qobu qəsəbəsindəki qəbiristanlığda dafn edirlər.

Əliyoldaş evli idi. Bir oqul yadigarı var.

Yaşadığı küçəyə Əliyoldaş Cəlil oqlu Əmirəhmədovun adı verilmişdir.

Oxşar xəbərlər:

Back to Top