77

VÜQAR FİRUDİN OĞLU QASIMOV

Şəhidlər / I qarabağ


1967-1994
(Xırdalan qəsəbəsi)
O, öz igidliyi və etdiyi qəhrəmanlıqlarla buna tamamilə layiqdir” bu sətirlər Vüqar Qasımovun rota komandiri Məmmədov Bilal Əhliman oğlunun öz əsgəri və silahdaşı haqqındakı xatirələrindəndir...

Vüqar Firudin oğlu Qasımov 1967-ci il mart ayının 22-də Azərbaycanın qədim İrəvan vilayətinin (indiki "Ermənistan”ın) Vedi rayonunun Arazdəyən kəndində anadan olmuşdu. O, 1984-cü ildə Arazdəyən kəndinin qonşuluğundakı Sədərək kənd (Naxçıvan MR-in ərazisi) 1 saylı orta məktəbini bitirmiş, sonra isə Naxçıvan Respublikasının Şərur şəhərindəki 121 saylı Texniki peşə məktəbində təhsil almışdı. 1988-ci ildə Ukrayna Respublikasının Xarkov şəhərində texniki məktəbə daxil olan Vüqar bir il sonra oranı da bitirib geri qayıdır.

1993-cü ilin axırlarında möhtərəm Prezidentimiz Heydər Əliyevin çağırışı ilə Binəqədi rayonunda da könüllülərdən ibarət batalyon yaradılır. Bu batalyona birincilər sırasında yazılanlardan biri də Vüqar olur. Vüqargilin ilk döyüşləri Füzuli rayonunun Qızılqaya yüksəkliyi uğrunda olur. Vüqar bu döyüşdə əsl qəhrəmanlıq göstərərək, düşmən mövqelərinin darmadağın edilməsində xüsusilə fərqlənir.

Vüqarın rota komuadiri B. Məmmədovun xatirələrindən:
"O, həmişə çalışırdı ki, düşmənin ən qaynar nöqtələrinə özü zərbə endirsin. Minalanmış sahələrdə
döyüş yoldaşlarının qabağa düşməsinə heç vaxt imkan verməzdi, deyərdi siz hamınız ailəlisiniz, yolunuzu
gözləyənlər var, mən isə subayam, hər nə olur qoy mənə olsun. O, hər dəqiqə ermənilər tərəfindən qətlə yetirilmiş, tikə-tikə doğranmış, təhqir olunmuş şəhid və girov qardaş-bacılarımızın, qoca va uşaqlarımızın qisasını almaq arzusu ilə yaşayırdı. Deyərdi ki, Allah qoysa, toyumu Xankəndində edəcəyəm”.

Vüqargilin ikinci əsas döyüşü 1994-cü ilin yanvar ayında Xocavənd rayonunun Nərgiztəpə və Şişqaya yüksəklikləri uğrunda olur. Yenə də Vüqarın rota komandirinin dediklərindən:
“Nərgiztəpə yüksəkliyi uğrundadöyüş çox ağır keçdi. Ağcabədi tərəfdən gələn yollar tamam minalanmışdı. Demək olar ki, məhz Vüqarın göstərdiyi qəhrəmanlıqlar sayəsində bu yollar minalardan təmizləndi və biz heç bir itki vermədən düşmən mövqelərini darmadağın edərək, bu yüksəkliyi ala bildik.

Növbəti döyüş Xocavənd rayonunun Kuropatkino kəndi uğrunda olur. Vüqar bu döyüşdə də qəhrəmanlıqla vuruşur. Düşmənin bir postunu götürən Vuqar ermənilərin ikinci postunu götürməyə cəhd edərkən düşmənin atdığı minomyot mərmisi onun qabağında partlayır və Vüqarı həlak edir.

Vüqar ailənin yeddi evladından biri və evin ikinci övladı idi.
Vüqarın məzarı hazırda Abşeron rayonunun Xırdalan qəsəbə qəbiristanlığındadır.

Oxşar xəbərlər:

Back to Top