60

VÜQAR MƏLİK OĞLU RÜSTAMOV

Şəhidlər / I qarabağ


1974-1992
(Saray qəsəbəsi)

Vüqar Məlik oqlu Rüstamov 1974-cu ildə Abşeron ayonunun Saray qəsəbəsində anadan olmuşdu. Ailədə səkkiz övladın (dörd oğlan, dörd qız) yeddincisi idi.
Vüqarın atası Məlik müəllim Azərbaycanın qədim İrəvan vilayətinin Goyçə mahalının (indiki "Ermənistan"ın) Krasnoselo rayonunun Akbulaq kəndindən idi.
Vüqar anadan olmamışdan bir neçə il əvvəl Abşeron rayonunun Saray qəsəbəsinə köçüb gəlmişdilər.

Vüqar 1989-cu ildə Saray qəsəbə səkkizillik məktəbini, 1991-ci ildə isə qəsəbədəki 1 saylı orta məktəbi bitirmişdi. O, idmanı çox sevirdi, məktəb futbol komandasının kapitanı kimi, rayon birinciliyinin qalibi olmuşdu, dəfələrlə məktəb rəhbərliyinin təşəkkürünü almışdı. Sinif yoldaşlarının, müəllimlərinin
sevimlisi olan Vuqar həm də yaxış şeir yazırdı. Orta məktəbi bitirdikdən sonra Pirəkəşkül quşçuluq fermasında fəhlə işləyən Vüqar 1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılır. Bir müddət Qusar rayonunda qulluq edir, sonra həmin il oktyabr ayının 6-da cəbhə xəttinə yola düşür. Oktyabrın 7-də isə Laçın rayonunun Güləbird kəndində itkin düşür. İndiyə qədər də ondan heç bir xəbər yoxdur.

Vüqar subay idi. Ata-anası, bacı-qardaşları bu gün də Vüqarın yolunu gözləyirlər. "Şəhid olub" deməyə dilləri gəlmir. “Bəlkə haradasa əsirlikdədir, girov götürülüb” - deyə öz-özlərinə sual edirlər...

Biz də arzu edirik ki, Rüstəmovlar ailəsində bir gün bu həsrətə son qoyulsun, Vüqar dünyanın bir gözəl günündə qapını açıb desin:
“Bu da mən”...

Oxşar xəbərlər:

Back to Top