
VÜSAL ƏDALƏT OĞLU XƏLİLOV
Şəhidlər / I qarabağ 19 okt 2022, 11:281972-1996
(Xırdalan qəsəbəsi)
Vüsal Ədalət oğlu Xəlilov 1972-ci il dekabr ayının 18-də Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuşdu. Ailənin sonbeşiyi, dörd qardaşın kiçiyi idi.
Xırdalan qəsəbəsindəki 2 saylı orta məktəbin 8-ci sinfini bitirən Vüsal zabit olmaq arzusu ilə C. Naxçıvanski adına hərbi məktəbə daxil olmaq istəyir. Lakin bu arzusu baş tutmadığından Bakı şəhər 8 saylı geniş profilli Texniki peşə məktəbinə daxil olur. Oranı bitirdikdən sonra isə 1991-ci ildə hərbi xidmətə çağırılır. O, əsgəri xidmətini Belorusiya Respublikasının paytaxtı Minsk şəhərində, hava hücumundan müdafiə hərbi hissəsində çəkməli olur. Hərbi işə marağı, nümunəvi davranışı, komandirlərin əmr və tapşırıqlarını lazımınca yerinə yetirməsi, cəsarəti, qorxmazlıqı az vaxtda Vusala əsgər və zabitlər arasında böyük hörmət qazandırır.
Anasının xatirələrindən:
“Bir gün hərbi hissədən teleqram aldıq. Çox narahat olduq. Tez bilet alıb, böyük oğlumla Vüsalın yanına yola düşdük. Minsk şəhərinə nə vaxt, necə çatdığımızdan xəbərim olmadı. Həyəcanlı və qorxu içində idim. Vüsalın başına nə gəldiyindən xə- bərim yox idi. Burada öyrəndim ki, hərbi hissədəki ermənilərin fitvası ilə 10 nəfər əsgər Vüsalın üstünə düşmüş, lakin Vusal onların hamısını şil-küt etmişdir. Axı, Vusal uşaqlıqdan idmanın bütün növləri ilə maşğul olmuş, xususilə karate idman növünə dərindən yiyələnmişdi. Vüsalı sağ-salamat görüb xeyli raћat oldum. Hərbi hissənin komandirinin yanına gedib ərizə yazdım və onun Azərbaycana gondərilməsini tələb etdim. Yaxın günlərdə azərbaycanlı əsgərlərin hamısını vətənə göndərəcəklərini bildirdilər”.
Beləliklə, 7 aylıq hərbi xidmətdən sonra Vüsal Azərbaycana qayıdır və Abşeron batalyonunun tərkibində könüllü olaraq cəbhəyə yollanır. Bu vaxt artıq böyük qardaşı Vüqar da cəbhədə vuruşurdu. Döyüş yolu 1992-ci ilin mart ayında Şuşadan başlayan Vüsal Şuşanın Turşsu, Kosalar, Ağdamın Muğanlı, Şelli, Cinli, Bağbanlar, Abdal-Gülablı, Naxçıvanik, Əsgəran, Füzuli rayonunun Aşağı Seyid-Əhmədli, Əhmədbəyli və Alıxanlı yaşayış məntəqələri uğrunda doyuşlərin iştirakçısı olur.
Şəxsi şücaətini və bacarığını nəzərə alaraq qısa vaxtda ona kiçik leytenant hərbi rütbəsi verilmişdi.
Ağdam rayonunun Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlər zamanı mühasirədə qalmış qiymətli hərbi sursatı və əsgərlərimizi xilas etmək Vüsalın tərcümeyi halına yazılan neçə-neçə hərbi şücaətlərdən biri idi.
1994-cü ildə Fuzuli rayonunun Alıxanlı kəndi uğrunda gedən qanlı doyüş Vüsalın son döyüşü oldu. Bu döyüşdə o, düşmənin “Qrad” qurğusundan atılan mərmi parçalarından ürək nahiyəsindən və başından ağır yaralar alaraq Bakı şəhər hərbi xəstəxanasına gətirilir. Son müalicə də Vüsala kömək etmir və o, 1996-cı il avqust ayının 11-də torpaqlarımızın müdafiəsi zamanı aldığı ağır xəsarətdən xəstəxanada ürək infaktı, ürək-damar çatışmazlığı nəticəsində vəfat edir.
Subay idi. Xırdalan qəsəbə qəbiristanlığında dəfn olunub.