AZƏR CÜMŞÜD OĞLU CAHANGİROV
Şəhidlər / I qarabağ 12 okt 2022, 13:291972-1994
(Ceyranbatpan qəsəbəsi)
O, uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşamışdı.
Cəbhəyə də böyük həvəslə can atırdı. Ona görə də Sovet ordusunda hərbi xidmətdэn qayıtdıqdan sonra onu evdə saxlamaq mümkün olmadı. Bəhanəsi də bu idi ki, qardaşları nişanlıdırlar, o isə subaydır. Zarafata salıb, elə belə də deyərdi: “Qardaşlarımın nişanlıları
var, mənim isə yox, ona görə də mən gedəcəm müharibayə”. Dediyini də elədi...
Azər Cümşüd oqlu Cahangirov 1972-ci il may ayının 1-də Yardımlı rayonunun Şəfəq kəndində anadan olmuşdu. 1979-cu ildə Ceyranbatan qəsəbə orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin səkkizinçi sinfini bitirmişdi. Sonra qəsəbədəki 147 saylı Texniki peşə məktəbində təhsilini davam etdirərək 1990-cı ildə oranı tamamlamışdı.
1990-cı ilin oktyabr ayında hərbi xidmətə çakrılan Azər Moskva vilayətinin Kovrov şəhərində qulluq edir.
1992-ci ildə isə əsgəri borcunu yerinə yetirərək Vətənə qayıdır. Az sonra - oktyabr ayının 5-də cəbhəyə yola düşən Azər Ağdam istiqamətində bir sıra hərbi əməliyyatlarda iştirak edərək düşmənə qarşı mərdlikla vuruşur. Döyüş yolu Ağdam rayonunun Novruzlu kəndindən başlayan Azər əvvəl pulemyotçu olur, 1994-cu ilin yanvar ayından e’tibarən isə rabitəçi maşınında sürücü işləməyə başlayır. Dəfələrlə ölümlə üz-üzə gələrə ən çətin tapşırıqları cəsarətlə yerinə yetirir.
Azərin son döyüşü 1994-cü il iyun ayının 24-də Sırxavand kəndi uqrunda olur. O, bu döyüşdə qəhrəmanlıqla şəhid olur.
Məzarı Abşeron rayonunun Ceyranbatan qəsəbə qəbiristanlıqındadır.
Ata-anası, qardaşları İlqar və Azad, bacısı Yasəmənə Azərdən qalan yeganə yadigar onun hər il xatirə günu kimi qeyd elədikləri 1 may - Azərin ad günüdür...
Xatirəsi Ceyranbatan qəsəbə bağındakı xatirə kompleksində əbədiləşdirilmişdir.