30

Rəfibəyli Əbdülrza Şamməd oğlu

Şəhidlər / II qarabağ



Rəfibəyli Əbdülrza Şəmməd oğlu 2 iyun 1998 - ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub. 2004-2015 - ci illərdə N.Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 27 iyul 2016 ci ildən 4 yanvar 2018 - ci ilə kimi Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət edib. Hərbi təlimlərdə döyüş vərdişlərinə yiyələnərək topçu ixtisası üzrə təcrübə qazanmışdı.
2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Tovuz istiqamətində başlayan döyüşlərdə general Polad Həşimovun şəhid olmasından sonra Azərbaycanın vətənpərvər gənclərindən biri kimi Əbdülrza da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəbhəyə könüllü getmək üçün müraciət etmişdi. Sentyabrın 21-dən hərbi təlimlərə qatılmışdı. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Əbdülrza Rəfibəyli Xocavənd- Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasna həlak olub. Şəhid olandan 40 gün sonra nəşi tapılıb. Dekabrın 4-də Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Hazırda 57 saylı məktəbin sinif otaqlarından biri şəhid Əbdülrza Rəfibəylinin adını daşıyır.

Oxşar xəbərlər:

Back to Top