AFİQ AQİF OFLU ABDULHÜSEYNOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 10:27Afiq Aqif oqlu Abdulhüseynov 1974-cü il fevral ayının 24-də Abşeron rayonunun Masazır kəndində anadan olmuşdu. 1989-cu ildə Masazır kənd səkkizillik məktəbini bitirən Afiq həmin il rayonun Ceyranbatan qəsəbəsindəki 147 saylı Texniki peşə məktəbinə daxil olur və sürücülük ixtisasına yiyələnir.
1992-ci il sentyabr ayının 21-də hərbi xidmətə göndərilir və Abşeron rayonunun Qobu qəsəbəsindəki hərbi hissədə qulluq etməyə başlayır. On bir ay burada qulluq etdikdən sonra onu Qubadlı bölgəsində hərbi xidmətini davam etdirməyə göndərirlər.
Orduda sürücü işləyən Afiq hələ Qobudakı hərbi hissədə xidmət edərkən bir neçə dəfə Ağdam cəbhəsinə
hərbi sursat aparmış, dəfələrlə ölümlə üz-üzə dayanmışdı. 1993-cu il avqust ayının 31-də ermənilər qəflətən Qubadlıya hücum edərkən Afiq komandirin verdiyi döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüşdür. Həmin vaxt onunla bir yerdə komandiri leytenant Qulu İsa-
yev və topçu yoldaşı Gündüz İsmayılov da itkin düşmüşlər. Yoldaşlarının şahidliyinə görə hadisə belə olmuşdur: ermənilərin atdığı ilk top mərmisi Afiqin hərbi sursat dolu maşınının yaxınlığında partlayır.
Komandir yaxınlıqdakı meşəyə çəkilmək barədə əmr verir. Bir az sonra Afiq maşını döyüş meydanından çıxarmağa göndərilir. Maşının arxasında top qoşqusu olduqundan topçu yoldaşı İ.İsmayılov da Afiqin arxasınca irəli atılır. Onların taleyi uçun narahatçılıq keçirən bölmə komandiri Q.İsayev dözə bilməyib, əsgərlərdən birinin əlindəki avtomatı alıb özü də onların dalınca gedir. Deyilənə görə onların hər üçü döyüş meydanına çatar-çatmaz hər tərəfdən erməni tanklarının hücumuna məruz qalıblar. Tanklardan maşını atəşə tutan ermənilər onları da hər tərəfdən mühasirəyə alıblar. Afiqin və yoldaşlarının sonrakı taleyi haqqında heç bir məlumat yoxdur
.
Afiq Abdulhüseynov subay idi. Ata-anası, dörd bacısı və bir qardaşı var.