36

ALLAHVERDİ ŞİKAR OĞLU NOVRUZOV

Şəhidlər / I qarabağ



1975-1994
(Pirəkəşkul kəndi)
“Xidmətə gəldiyi ilk gündən sıravi Novruzov Allahverdi Şikar oqlu özünü savadlı və bacarıqlı əsgər kimi göstərmişdir. Keçirilən bütün məşğələlərdə həmişə çalışardı ki, bütün silahlardan əla atmağı bacarsın, bacarardı da.

19 avqust 1993-cü il tarixdə Ağcabədi döyüş bölgəsinə gəldikdən sonra bütün döyüşlərdə qəhrəmancasına iştirak edirdi. Sonra Fuzuli, Beyləqan döyüş bölgələrində gedən döyüş əməliyyatlarında qəhrəmanlıqlar göstərdi. Öz əsgər yoldaşları arasında böyük nüfuza malik idi. Bir neçə dəfə komandanlıq tərəfindən təşəkkürnamə almışdı. Axırıncı dəfə Xocavənd rayonunda Şişqaya uğrunda gedən döyüş əməliyyatı zamanı qəhrəmancasına şəhid oldu”.
Bu sətirlər “N” hərbi hissəsinin komandiri mayor R.Babayevin və həmin hərbi hissənin şəxsi heyətlə iş üzrə komandir müavini mayor Ş. Əliyevin imzaladıqları Allahverdi Novruzova aid xidməti xasiyyətnamədən götürülmüşdür.

Allahverdi Şikar oğlu Novruzov 1975-ci il yanvar ayının 10-da Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Qafan rayonunun Gığı kəndində anadan olmuşdu. Orta məktəbə də Gığı kəndində getmişdi. Mənfur erməni təcavüzkarlarının vəhşiliyi ucbatından 1988-ci ildə dədə-baba yurdlarından qaçqın düşmüş, Abşeron rayonunun Pirəkəşkül kəndində məskunlaşmışdılar.
Atası və bibisi həmin vaxt Qafanda erməni quldur dəstələri tərəfindən işgəncələrə məruz qalmış və dün-yalarını dəyişmişdilər. Ailənin hər bir çətinliyi Allahverdinin üzərinə düşmüşdü.

Nəhayət, Çaylı kənd orta məktəbini bitirən Allahverdinin 18 yaşı tamam olanda onu hərbi xidmətə çağırırlar. 1993-cü il aprel ayının 27-də orduya yola düşən Allahverdi tezliklə ön xəttə göndərilir.

Erməni daşnaklarına qarşı cəsarətlə vuruşan Allahverdi vzvod komandiri kimi tezliklə hamının hörmətini qazanır.
Xocavənd rayonunun Şişqaya kəndi uğrundakı döyüşlərdə xüsusilə fərqlənir. Həmin döyüşlər zamanı da qəhrəmanlıqla şəhid olur.
23 yanvar 1994-cü il tarixdə Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Allahverdi subay idi. İki qardaşı, iki bacısı var.

Adı əbədiləşdirilmişdir. Çaylı kənd orta məktəbi hazırda onun adını daşıyır.

Oxşar xəbərlər:

Back to Top