37

ELŞƏN RƏŞİD OĞLU HÜSEYNOV

Şəhidlər / I qarabağ


1975-1994
(Saray qəsəbəsi)

Elşən Rəşid oqlu Hüseynov 1975-ci il noyabr ayının 19-da Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdu. Dörd qardaşın kiçiyi, ailənin sonbeşiyi idi.

Elşon 1982-ci ildə Saray qəsəbəsindəki 1 saylı orta məktəbin birinçi sinfinə getmiş, 1992-ci ildə həmin məktəbi bitirmişdi. 1993-cu ildə hərbi xidmətə çaqırılan Elşən əsgəri xidmətinin ilk günlərini Pirəkəşkül kəndindəki hərbi hissədə keçirir.

"Bir gün Elşənin xidmət etdiyi hərbi hissəyə getdim. Onunla görüşəndə, anayam da, nədənsə kövrəldim. Bunu görən Elşən məni qınadı: axı, niyə ağlayırsan, mən ki sağ-salamatam, darıxma, sağlıq olsun, tezliklə qayıdacağam - dedi”, - deyə Elşənin anası Süsən xanım xatırlayır.

Elşən uşaqlıqdan sakit, az danışan, düzgünlüyü sevən və sözünün üstündə dayanan olub. İdmanı çox sevib və ardıcıl məşğul olub. Özbəkistanda keçirilən otüstü xokkey yarışında iştirak edibmiş və həmin yarışdan fərqlənmə diplomu ilə qayıdıbmış. Böyüyəndə peşəkar idmançı olmaq arzusundaymış.

Tezliklə Elşən Pirəkəşküldən Füzuli bölgəsinə dəyişdirilir. Burada qanlı döyüşlərin iştirakçısı olur. 1994-cü il aprel ayının 3-də Füzuli uğrunda gedən döyüşdə şəhid olur.

Elşən subay idi. Sediyi qız vardı. "Amma adını bilmirdim”, - deyə Süsən ana gözünün yaşını silir.

Elşənnin adı qəsəbə mərkəzində tikilən "Xatirə" kompleksində əbədiləşdirilmişdir.
Məzarı Saray qəsəbə qəbiristanlığındadır.

Oxşar xəbərlər:

Back to Top