XOŞBƏXT RƏŞİD OĞLU MƏMMƏDOV
Şəhidlər / I qarabağ 13 okt 2022, 16:021975-1994
(Pirəkəşkül kəndi)[b][/b]
Xoşbəxt Rəşid oğlu Məmmədov 1975-ci il oktyabr ayının 25-də Zəngəzur mahalının (indiki "Ermənistan"ın) Qafan rayonunun Qovşud kəndində anadan olmuşdu.
Qafan rayonunun Zeyvə qəsəbəsindəki orta məktəbdə oxusa da, erməni millətçiləri Xoşbəxti bu məktəbi qurtarmağa qoymadılar. 1988 -ci ildə doğma yurd-yuvasından didərgin düşən ailə Abşeron rayonunun Pirəkəşkül kəndində sığınacaq tapmalı oldu. Xoşbəxt də öz onillik təhsilini Çaylı kənd orta məktəbində başa vurdu.
Hələ uşaq yaşlarından anasını itirmiş Xoşbəxt sadə, işgüzar və çalışqan uşaq kimi böyümüşdü. Atanın
böyük oğlu olduğu üçün ailənin xırda-para iş-gücü uşaqlıqdan onun üzərinə düşərdi.
18 yaşı tamam ӧlanda isə Abşeron hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırıldı. O, həm də
sürücü ixtisasına yiyələnmişdi. Şotlanlı kəndi uğrunda döyüşlərdə iştirak edən Xoşbəxt bu döyüşlərin birində 1994-cü il aprelin 26-da düşmən gülləsinə tuş gələrək şəhid olur.
Döyüş bölgəsində vəziyyət çox ağır olduğundan yoldaşları onu orada da dəfn edirlər. İki ay sonra isə Xoşbəxtin valideynləri və döyüş yoldaşları bir yerdə şəhidin cənazəsini çıxarıb Bakıya gətirir və burada Şəhidlər Xiyabanında dəfn edirlər.
Xoşbəxt subay idi.
Atası çilingər işləyir, analığı evdar qadındır, bir qardaşı, iki bacısı var.