
ARSLAN HAQVERDİ OĞLU BAYRAMOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 12:051973-1993
(Ceyranbatan qəsəbəsi)
Arslan Haqverdi oqlu Bayramov 1973-cü il yanvar ayının 4-də qədim İrəvan vilayətinin Dərələyəz mahalının (indiki "Ermənistan"ın) Soylan (sonralar Əzizbəyov) rayonunun Ağababa kəndində anadan olmuşdu.
1991-ci ilin may ayında Sovet ordusu sıralarında hərbi xidmətə çağırılmış, altı ay orduda qulluq etdikdən sonra Azərbaycanın ərazi bütövlüyünün təhlükə qarşısında qaldığını eşidərək hərbi xidmətini yarımçıq qoyub vətənə qayıtmışdır. Qayıdan kimi də - 1991-ci ilin dekabr ayında cəbhəyə yollanmış, Şuşa ətrafındakı döyüşlərin iştirakçısı olmuşdur.
Turşsu, Kəlbəcər uğrundakı döyüşlərdə igidlik və şücaət göstərən Arslan 1993-cü il aprel ayının 19-da
Kəlbəcər döyüşlərində həlak olaraq şəhidlik zirvəsinə yüksəlir.
Arslan subay idi. İki bacısı, üç qardaşı var.
Məzarı Ceyranbatan qəsəbə qəbiristanlığındadır.
Qəsəbə bağındakı xatirə kompleksində adı əbədiləşdirilmişdir.