77

MƏQATİL ŞAHLAR OĞLU FEYZULLAYEV

Şəhidlər / I qarabağ


1964-1994
(Xırdalan qəsəbəsi)

Məqatil Şahlar oqlu Feyzullayev 1964-cu il avqust ayının 25-də İsmayıllı rayonunun Pirobilqasım kəndində anadan olmuşdu. Ailədə üç bacı, dörd qardaş idilər. Məqatil əvvəl Pirobilqasım kənd orta məktəbini, sonra isa 1982-ci ildə Ceyranbatan qəsəbəsindəki 147
saylı Texniki peşə məktəbini bitirmişdi.

Həmin il də həqiqi hərbi xidmətə çağırılmış, 1982-1984-cü illərdə Sovet ordusu sıralarında əsgəri borcunu yerinə yetirmişdir.
Hərbi xidmətdən qayıtdıqdan sonra Xırdalan qəsəbəsində bir sıra işlərdə çalışıb. 1987-ci ildə ailə həyatı qurub.

1992-ci ilin əvvəllərində torpaqlarımıza erməni təcavüzünün daha da güclandiyi vaxtda bir çox qeyrətli soydaşlarımız kimi, Mэqatil dэ konullu olaraq cəbhə bölgələrinə yola düşür. Onun döyüş yolu müharibənin ən qaynar nöqtələrindan keçir, Ağdərə, Şuşa, Kəlbəcər, Laçın və Ağdam uğrunda döyüşlərin iştirakçısı, Daşaltı faciəsinin şahidi olur. 15 nəfər igid əsgərlə Murovdağdan erməni hərbiçilərini qovub çıxarırlar.
1994-cü il aprel ayının 29-da döyüş zamanı qolundan aldığı qəlpa yarasından, qanının zəhərlənməsi nəticəsində bir həftə sonra xəstəxanada vafat edir.

Məqatil ailəli idi. Mübariz və Valeh adlı iki oğul yadigarı var.
Məzarı Abşeron rayonunun Xırdalan qəsəbə qəbiristanlığındadır.

Oxşar xəbərlər:

Back to Top