ƏSKƏR MƏMMƏDAĞA OĞLU ABUZAROV
Şəhidlər / I qarabağ 13 okt 2022, 10:231964-1993
(Novxanı kondi)
Əsgər Məmmədağa oğlu Abuzərov 1964-cu il mart ayının 29-da Bakı şəhərinin Binəqədi qəsəbəsində
anadan olmuşdu.
Ailədə dörd qardaş idilər. Valideynləri Abşeron rayonunun Novxanı kəndindəndilər.
Əsgər də 1981-ci ildə M. Hüseynzada adına Novxanı kənd orta məktəbini bitirib novxanı üzümçülük sovxozunda fəhlə işləməyə başlayır.
1982-ci ildə Sovet ordusu sıralarında hərbi xidmətə çağırılan Əsgər Arxangelskdə qulluq edir. Həmin il ailənin qapısını qara xəbər döyür - Əsgərdən böyük qardaşı, Qazaxıstanda hərbi xidmətdə olan Əfqan uçmuş binanın divarları altında qalıb həlak olur.
1984-cü ildə hərbi xidmətini başa vuran Əsgər Novxanı kəndinə qayıdaraq, uzun müddət kənd sovxozunda fəhlə işləyir.
1993-cü ildə Abşeron batalyonunun tərkibində könüllü olaraq cəbhəyə gedən Əsgər Beyləqan istiqamətində bir sıra hərbi əməliyyatlarda iştirak edir. Həmin il dekabrın 10-da döyüş zamanı həlak olur.
Məzarı Abşeron rayonunun Novxanı kənd qəbiristanlığındadır.
Evli idi. Ayşən adlı bir qız yadigarı var.